REGİONLAR


“Azərtütün ASK” MMC-nin emal məntəqələrində indiyədək 70 tondan çox quru tütün istehsal olunub

Zaqatala, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda MMC-yə məxsus sahələrdə yaşıl tütün yarpağının dərimi mütəşəkkil davam edir. Bu günədək “Azərtütün ASK”nın həmin rayonlarda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 1130 ton 220 kiloqram yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu günədək tütün istehsalı və emalı məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 418 ton 750 kiloqram, Balakən rayonu üzrə 396 ton 140 kiloqram, Zaqatala rayonu üzrə 204 ton 480 kiloqram, Qax rayonu üzrə isə 110 ton 850 kiloqram yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 99 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, indiyədək emal məntəqələrində 70 ton 29 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Şöbə müdirinin sözlərinə görə, indiyədək emal məntəqəsinə bölgə üzrə hamıdan çox Balakəndən olan fermerlər Ruslan Məmmədov - 46,8 ton və Ceyhun Mərdanov – 45,7 ton yaşıl tütün kütləsi təhvil veriblər. Şəkidən Azər Cəmilov indiyədək məntəqəyə 28,3 ton, Qax rayonundan Namiq Fərhadov 25,9 ton, Zaqataladan Yunus Mustafayev isə 14,6 ton yaş tütün gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.