REGİONLAR


“Azərtütün ASK” MMC-nin emal məntəqəsi bu günədək istehsalçılardan 155 tondan çox yaş tütün qəbul edib

Zaqatala, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 875,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda MMC-yə məxsus sahələrdə yaşıl tütün yarpağının dərimi mütəşəkkil davam edir. İndiyədək MMC-nin Zaqatalada fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu rayonların fermerlərindən 155 ton 175 kiloqram yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu günədək emal məntəqəsi Balakən rayonu üzrə istehsalçılardan 102 ton 940 kiloqram, Zaqatala rayonu üzrə 29 ton 360 kiloqram, Şəki rayonu üzrə 16 ton 345 kiloqram, Qax rayonu üzrə isə 6 ton 530 kiloqram yaşıl tütün kütləsi qəbul edib. Hazırda Zaqatala rayonundakı emal məntəqəsində 14 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 7 ton 367,7 kiloqram quru tütün istehsal olunaraq anbara yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.