MƏDƏNİYYƏT


“Azərxalça” ASC-nin yeni sədri emalatxanalarla tanış olub

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 1-dən “Azərxalça” ASC-nin bütün emalatxanalarında istehsalat bərpa olunub.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Emin Məmmədov aprelin 29-da cəmiyyətin Qazax, Ağstafa, Tovuz və Şəmkir filiallarında olub.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı emalatxanaların təsərrüfat vəziyyəti, istehsal prosesində yaranmış problemlər, filialların yay mövsümünə hazırlıq səviyyəsi, iş yerlərinin texniki vəziyyəti, xammal təchizatı kimi məsələlər müzakirə olunub. Emin Məmmədov işçilərin nəzərinə mövcud istehsal prosesində aparılacaq əsaslı islahatları da çatdırıb.

Daha sonra toxunma prosesində olan xalçaların keyfiyyətinə baxış keçirilib. Bütün əməkdaşların fərdi şəkildə istehsal prosesi ilə bağlı problemləri, tələb və təklifləri dinlənilib.

Əməkdaşlar ümumi tanışlıqdan razı qaldıqlarını və göstərilən bu diqqətin onlarda ruh yüksəkliyi yaratdığını və daha da əzmlə çalışmağa sövq etdiyini vurğulayıblar.

Qeyd edək ki, daha öncə Emin Məmmədov Kürdəmir, İsmayıllı, Qəbələ, Nardaran və Abşeron filiallarının əməkdaşları və fəaliyyətləri ilə də tanış olub.

Məlumat üçün bildirək ki, hazırda “Azərxalça” ASC-nin 21 - filialı fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.