Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Azərxalça” Nardaranda xalçaçılıq ənənələrini bərpa edir

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Nardaran qəsəbəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filialı yaradılıb. Bu filial ötən ilin sonunda fəaliyyətə başlayıb.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, burada, əsasən, Bakı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir.

Martın 11-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Nardaran filialının toxucuları ilə görüşüb.

Görüşdə filialın direktoru, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli xalçaçı Sürayə Rzayeva geniş məlumat verib ki, hazırda burada 50 nəfərdən çox toxucu çalışır. Bildirilib ki, Bakı qrupuna məxsus çeşnilər minilliklər boyu xalq sənətkarları tərəfindən yaşadılıb. Xalça mütəxəssisləri bu xalçaları yüksək sıxlığına görə dəyərləndirirlər. Bakı xalçaları, əsasən, həndəsi elementlərdən ibarətdir. Hazırda filialda çalışan nardaranlı toxucular qədim xalçaçılıq ənənələrini yaşadır, keyfiyyətli xalçalar toxumağa çalışırlar.

Qeyd olunub ki, “Azərxalça”nın digər filiallarında olduğu kimi, Nardaran filialının toxucuları üçün də tədris-hazırlıq kursları təşkil olunub. Kurslara 150 nəfərdən çox toxucu cəlb edilib.

Bu kurslarda xalçaçılığın sirlərinə yiyələnən gənc toxucu Günəş Nəbizadə deyib ki, xalçaçılığın inkişafına göstərilən diqqət və qayğıya, işlə təmin olunduqlarına görə dövlətimizə minnətdardırlar: “Biz gənclər milli dəyərimiz olan xalçaçılığı yaşatdığımıza görə qürur duyuruq. Bu imkanı bizə yaradan Prezidentimiz xalçaçılıq sənətinin hamisidir. Dövlət başçımız “Azərxalça”nın filiallarının açılışlarında iştirak edir, xalçaçılarla görüşür. Bizim kollektivimiz də həmin günü səbirsizliklə gözləyir”.

Uzun illərdir ki, xalçaçılıqla məşğul olan Arzu Xalıqova bildirib ki, Azərbaycan xalçaçıları indiki qədər diqqət və qayğı ilə əhatə olunmayıblar: “Son illər ölkəmizdə xalçaçılığa göstərilən böyük diqqət və qayğıdan hər evində xalça toxunan Nardaran qəsəbəsinə də pay düşüb. “Azərxalça”nın Nardaran filialının yaradılması bütün qəsəbə sakinlərini çox sevindirib. Əvvəllər ev şəraitində xalça toxuyurduq. Gözəl xalça toxumaq üçün evdə lazımi şərait yaratmaq çətindir. Emalatxanamızda isə bizim üçün hər cür şərait yaradılıb. Bizə bu şəraiti yaradan dövlətimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır”.

“Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarının əhəmiyyətindən danışan toxucu Səbinə Məlikova deyib ki, biz gözəl xalça toxumağı bu kurslarda öyrənmişik. Peşəkar ustalar bizə xalçaçılığın sirləri ilə yanaşı, xalçaçılıq tariximizi də öyrədiblər. Bu isə çox önəmli məsələdir. Biz indi toxuduğumuz çeşnilərin mənasını da, tarixini də bilirik.

Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək bildirib ki, “Azərxalça”nın burada yaradılan filialı dövlət başçısının nardaranlılara növbəti qayğısıdır. Son illər bu qəsəbədə böyük quruculuq işləri aparılıb, qəsəbə sakinlərinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Həmin tədbirlərin davamı kimi, burada “Azərxalça”nın filialı da yaradılıb. Bu bina Azərbaycan Prezidentinin 10 mart 2018-ci il tarixli Sərəncamına əsasən inşa edilib. Adıçəkilən Sərəncama uyğun olaraq, dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Sabunçu rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb. Bir il bundan öncə imzalanan Sərəncam uğurla icra olunub, xalça istehsalı emalatxanasının tikintisi yüksək keyfiyyətlə başa çatdırılıb. Artıq burada xalça toxunmasına başlanılıb. Filialda 150 toxucunun, 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Qısa zaman ərzində kollektiv tam formalaşdırılacaq. Biz Nardaranda və bura yaxın ərazidə yaşayan toxucuları bu filialda işləməyə dəvət edirik. Qəsəbə sakinləri bu filialın yaradılmasını alqışlayırlar. Filialda çalışmaq istəyənlərin sayı gündən-günə artır.

Vidadi Muradov Nardaran filialında gözəl və keyfiyyətli xalçaların toxunacağına əminliyini ifadə edib, kollektivə fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, konfrans zalı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub