Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərxalça”nın Cəbrayıl filialı nümunəvi emalatxanalardandır

Bakı, 19 avqust, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) filiallarında toxunan xalçaların hər həftə qəbulu prosesi həyata keçirilir. Bu zaman xalçaların keyfiyyəti qiymətləndirilir, nümunəvi toxucular mükafatlandırılır. Son ayların xalça qəbulunda ASC-nin Cəbrayıl filialının məhsulları öz keyfiyyəti ilə seçilib, filiala nümunəvi fəaliyyətinə görə təşəkkür elan olunub.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filialın toxucuları - Nuridə Bəşirova, Gülnar Məmmədova, Fəridə Məmmədova, Pünhanə Allahverdiyeva, Ruhanə Murtuzova, Mehriban Abbasova, Aynurə Süleymanova və Günay Kərimovanın ərsəyə gətirdikləri xalçalar yüksək qiymətləndirilib.

Prezident İlham Əliyevin imzaladığı “Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncama əsasən Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filialda ötən ilin dekabr ayından məhsul istehsalına başlanılıb.

Filialın direktoru, xalçaçı Eliza Abdullayeva deyib ki, hazırda emalatxanada 65 nəfər çalışır. Ötən dövr ərzində filialda 250 kavadratmetrə yaxın xalça toxunub.

Eliza Abdullayeva bildirib ki, Qarabağ tarixən dünyada həm də öz xalçası ilə tanınıb. Cəbrayıl rayonunda həmişə orijinal çeşnili Qarabağ xalçaları toxunub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilən cəbrayıllılar arasında peşəkar xalçaçılar, ömrünü bu sənətə bağlayanlar vardır. “Azərxalça”nın Cəbrayıl filialının yaradılması həm Qarabağ xalçaçılığını yaşatmaq, həm də məcburi köçkünləri işlə təmin etmək baxımından çox əhəmiyyətli hadisədir.

Burada usta xalçaçı vəzifəsində çalışan Çinarə Xalıqova toxucuların peşəkarlığından razılıqla danışır. Deyir ki, filialda çalışan toxucular gözəl xalçalar toxumaq üçün əllərindən gələni əsirgəmirlər: “Buraya cəlb etdiyimiz gənclərə tədris-hazırlıq kurslarında sənətin sirlərini öyrətmişik. İndi elə gənclərimiz var ki, uzun illərin toxucuları kimi xalçalar ərsəyə gətirirlər”.

Filialda çalışan peşəkar toxucular qədim çeşnilərimizə yeni həyat verərək Qarabağ xalçalarını yaşadır, onların tarixi şöhrətini özünə qaytarırlar. Onlardan biri də Nuridə Bəşirovadır. Onun dediklərindən: “Bu filial Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərə Prezidentimizin böyük hədiyyəsidir. Xalça toxumaq üçün lazımi şərait olmadığından peşəkar toxucular bu sənətdən ayrı düşmüşdü. Xalçaçılıq Cəbrayıllı toxucular arasında az qala unudulmuşdu. Bu filialın yaradılması ilə bizim qədim sənətimiz özümüzə qaytarıldı. Biz indi dövlətimizin yaratdığı müasir emalatxanada işləyir, gözəl xalçalar toxumağa çalışır, qədim sənətimizi yaşadırıq”.

Onlara yaradılan şəraitə görə, ölkə başçısına minnətdarlığını ifadə edən toxucu Kəmalə Quliyeva söyləyib ki, cəbrayıllıların ən böyük arzusu doğma torpaqlarına geri qayıtmaqdır. Onlar əmindir ki, Azərbaycan Prezidentinin apardığı müdrik siyasət nəticəsində işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq, Cəbrayıl da yenidən qurulacaq, orada belə müasir xalça fabrikləri açılacaqdır.

“Sevindirici haldır ki, dövlətimizin qayğısı ilə Qarabağ xalçaçılıq ənənəsi bu gün də davam etdirilir. Xalçaçlığa göstərilən qayğı, Qarabağ bölgəsində, eləcə də Qarabağdan məcburi köçkün düşənlər üçün respublikamızın müxtəlif yerlərində yaradılan fabriklər gənclərin bu milli sərvətimizə sahiblənməsi baxımından çox böyük önəm daşıyır. Əgər bu fabrik olmasa idi, gənclər burada çalışmayacaq, beləliklə, tarixi Qarabağ xalçaları, Cəbrayılda toxunan çeşnilər barədə məlumatları olmayacaqdı. İndi burada çalışan gənclər bilir ki, Cəbrayılın Ağtəpə, Böyük Mərcanlı, Çaxırlı, Şahvəlli, Şıxlar, Qalacıq, Söyüdlü, Hovuslu, Xələfli, Çullu, Doşulu, Dağ Tumas kimi xalçaçılıq məntəqələri var. Cəbrayıldan olan məcburi köçkünlər üçün yaradılan bu emalatxanada biz vaxtilə həmin xalçaçılıq məntəqələrində toxunan xalçaları toxuyuruq”, - xalçaçı Tamam Namazova belə deyir.

Cəbrayıllı toxucular onlara göstərilən qayğının müqabilində keyfiyyətli xalçalar toxuyurlar. Elə bunun nəticəsidir ki, ötən həftə növbəti xalça qəbulu üçün gətirilən xalçaların hamısı qənaətbəxş hesab olunub. Onlar daha gözəl xalçalar toxumaq üçün əzmlə çalışır, gələcəyə böyük ümidlə baxırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib