Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib

Bakı, 18 mart, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy və Tərtər rayonlarındakı filiallarında ilk xalçalar kəsilib.

Bu münasibətlə Goranboy filialında keçirilən tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib.

Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib.

Toxucularla görüşən Vidadi Muradov bildirib ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən xalçaçılığın inkişafı istiqamətində müəyyənləşdirilmiş strateji kurs Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Azərbaycanda xalçaçılıq sənətinin yaşadılmasının və onun ölkə iqtisadiyyatındakı rolunun əhəmiyyətini dərindən təhlil edən dövlət başçısı 2016-cı il mayın 5-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. 2016-2017-ci illərdə “Azərxalça”nın 10 filialı fəaliyyətə başlayıb. Bu istiqamətdə görülən işlər 2018-ci ildə də davam etdirilib. Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan və Lənkəran şəhərlərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binaları tikilərək istifadəyə verilib. Ötən ilin sonundan həmin filiallarda xalça toxunur.

Dövlət başçısının böyük qayğısı sayəsində yaradılan xalça fabriklərində toxunan xalçalar artıq “Azərbaycan brendi” kimi dünyaya ixrac olunur. Bu brend məhsullarla Azərbaycan təkcə maddi gəlir əldə etmir. Burada ölkəmizin mənəvi qazancı daha çoxdur. Çünki xalçalarla biz tariximizi, milli dəyərlərimizi, mədəniyyətimizi, xalq sənətkarlığımızı, xalqımızın təfəkkürünü bütün dünyada tanıdır və təbliğ edirik.

Bildirilib ki, Goranboy filialında, əsasən, Gəncə qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Gəncəbasar Azərbaycanın tarixi xalçaçılıq bölgələrindən biridir. Gəncə qrupuna Gədəbəy, Şəmkir, Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy kimi ərazilərdə toxunan xalça və xalça məmulatları daxildir. “Azərxalça”nın bu bölgədə iki filialı fəaliyyət göstərir. Onlardan biri 2017-ci ildə Şəmkir rayonunda, digəri isə ötən il Goranboyda yaradılıb.

Vurğulanıb ki, Azərbaycan toxucuları xalçanın kəsilməsi prosesinə xüsusi önəm verirlər. Əl əməyi, göz nuru ilə ərsəyə gətirilən xalçanın kəsilməsi toxucuların zəhmətinin son mərhələsidir. Ona görə də xalça kəsilməsini toxucular həmişə bayram əhval-ruhiyyəsi ilə xüsusi mərasim kimi qeyd ediblər. "Azərxalça"nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər. Xalça istehsalı emalatxanalarında toxunan xalçaların kəsildiyi gün toxucular üçün bayrama çevrilir. Milli bayramımız olan Novruz ərəfəsində bu tədbirin keçirilməsi isə toxuculara ikiqat bayram sevinci yaşadıb.

İdarə Heyətinin sədri “Azərxalça”nın Goranboy filialının toxucu kadr potensialının formalaşdırılması istiqamətində görülən işlərin istənilən səviyyədə olmadığını bildirib, istehsal prosesində keyfiyyət amilinə ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verib, kollektivi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Filialın direktoru Gülnaz Qurbanova, toxucu Zenfira Hacıyeva çıxış edərək onlar üçün yaradılan şəraitə görə kollektiv adından minnətdarlıqlarını bildirib və söz veriblər ki, keyfiyyətli xalçalar toxumaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

Sonra hazır xalçalar kəsilib.

İdarə Heyətinin sədri Vidadi Muradov “Azərxalça”nın Tərtər filialında toxunan ilk xalçaların kəsilməsi mərasimində də iştirak edib və toxucularla görüşüb.

Kollektivi Novruz bayramı münasibətilə təbrik edən Vidadi Muradov deyib ki, Tərtər toxucuları bu il ikiqat bayram əhval-ruhiyyəsindədir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində fəaliyyətə başlayan bu filialın Novruzda ilk xalçaları kəsilir.

Qeyd olunub ki, bu xalça istehsalı emalatxanası “Azərxalça”nın Qarabağda yaradılan növbəti filialıdır. 2016-cı ildə Füzuli rayonunun Horadiz şəhərində, 2017-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Azərxalça”nın filialları fəaliyyətə başlayıb. Bu filiallarda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxunur.

Burada çalışan toxucular da “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bilik və bacarıqlarını təkmilləşdiriblər. Sizin üçün filialda hərtərəfli iş şəraiti yaradılıb. Bütün bunlar əsas verir deyək ki, Tərtər filialında keyfiyyətli xalçalar toxunacaq.

Kollektiv adından çıxış edən toxucu Samirə Məmmədova xalçaçılığın yaşadılmasına göstərdiyi böyük diqqət və qayğıya, onlar üçün yaratdığı müasir şəraitə, əməkhaqlarının artırılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

Sonra filialda toxunan ilk xalçalar kəsilib.

Qeyd edək ki, “Azərxalça”nın Goranboy və Tərtər filiallarının binası Prezident İlham Əliyevin 22 may və 25 iyul tarixli sərəncamları ilə inşa olunub. Hər iki filial binasında tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Xalça istehsalı emalatxanalarında toxucular üçün lazımi şərait yaradılıb, onların işə rahat gəlib-getməsi üçün nəqliyyat vasitəsi ayrılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar