MƏDƏNİYYƏT


“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib

Bakı, 20 mart, AZƏRTAC

Martın 19-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında Novruz bayramı münasibətilə tədbirlər keçirilib.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bayram tonqalı yandırılıb. Səhmdar cəmiyyətin rəhbərliyinin kollektivlərə bayram təbriki çatdırılıb.

Çıxış edənlər bildiriblər ki, tarixi köklərdən süzülüb gələn bayramlarımızın ən qədimlərindən biri Novruzdur. Bu bayram bütün mahiyyəti etibarilə xalqımızın milli varlığı ilə bağlıdır. Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilmiş Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Azərbaycan Prezidenti İlham Əliyevin martın 18-də xalqımıza təbrikində deyildiyi kimi: “Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir”.

Vurğulanıb ki, Azərbaycan xalçaçıları bir neçə ildir Novruzu ikiqat bayram sevinci ilə qeyd edirlər. Dövlətimizin böyük diqqət və qayğısı ilə yaradılan xalça istehsalı emalatxanaları milli dəyərimiz olan xalçaçılığın yaşadılmasında, toxucuların işlə təmin olunmasında, rifahının yaxşılaşdırılmasında mühüm rol oynayıb.

Çıxışlarda xalçaçılığa göstərilən qayğıya, Novruzun əsl bayram əhval-ruhiyyəsində yüksək səviyyədə qeyd olunması üçün xalqımızın maddi-rifah halının yaxşılaşdırılmasına, bayram ərəfəsində əməkhaqlarının, pensiyaların artırılmasına görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Tədbirlər bayram süfrəsi arxasında davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.