İDMAN


“Azəryol” və Azərsu” komandalarının oyunu növbəti dəfə heç-heçə başa çatıb

Bakı, 13 yanvar, AZƏRTAC

Həndbol üzrə Azərbaycan çempionatında yeni ilin ilk oyunları qadınlar arasında keçirilib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “İdman Akademiyası” komandası ilə qarşılaşan “Qarabağ” həndbolçuları rəqiblərini asanlıqla məğlub ediblər - 34:22.

Turun digər oyununda isə “Azəryol” və Azərsu” kollektivləri üz-üzə gəliblər. Gərgin və maraqlı keçən matç tərəflərin cəhdlərinə baxmayaraq heç-heçə ilə yekunlaşıb – 32:32.

Xatırladaq ki, sonuncu dəfə dekabrın 16-da ölkə kuboku uğrunda yarışda qarşılaşan “Azəryol” və Azərsu” komandalarının oyunu da 30:30 hesabı ilə heç-heçə başa çatmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.