“Azexport” Azərbaycan məhsullarını Belarusa ixrac edəcək
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov Belarusun nüfuzlu topdansatış şəbəkəsinin rəhbəri Andrey Drozden ilə görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müzakirə zamanı Ayxan Qədəşov portalın fəaliyyəti barədə ətraflı məlumat verib, portalda olan Azərbaycan məhsullarının onlayn nümayişini həyata keçirib.
Belarusun topdansatış şəbəkəsinin rəhbəri Andrey Drozden də rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə təqdimat edib. Belarusa Azərbaycan məhsullarının ixracı üçün ilkin anlaşma qeydə alınıb. Xarici sahibkara müvafiq prosedurların başlanılması üçün istehsalçı şirkətlərlə əlaqələrin qurulmasında dəstək göstərilib.
Xəbərin mətnində orfoqrafik səhv var