İQTİSADİYYAT


“Azexport” portalı vasitəsilə ilk dəfə Hindistana yun ixrac ediləcək

Bakı, 15 aprel, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az" portalının təşkilatçılığı ilə Hindistanın iri yun idxalçılarından olan "NaT IN" şirkətinin direktoru Bakıda səfərdədir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində qonaqların Azərbaycanın qabaqcıl yun emalçılarından olan "Fərhad -91" MMC və "Drujba" MMC şirkətlərinin direktorları ilə görüşü olub. Müzakirələrin yekunu olaraq tərəflər hər iki şirkətin iştirakı ilə Azərbaycandan il ərzində texniki göstəriciləri 25-29 və 29-34 mikron olmaqla ümumilikdə 5 min ton qoyun yununun Hindistana ixrac olunması barədə ilkin razılığa gəliblər.

Qeyd edək ki, "NaT IN" şirkəti 35 ildən artıq müddət ərzində Yeni Zelandiya, Suriya, Yunanıstan İspaniya, İtaliya, Misir və Çin başda olmaqla dünyanın 17-dən çox ölkəsindən Hindistana yun idxalı ilə məşğuldur.

"Azexport" portalının meneceri Ayxan Qədəşov bildirib ki, sahənin qabaqcıl şirkətlərindən olan "NaT IN" şirkəti ilə əməkdaşlığın başlanması Azərbaycan yununun Hindistanla yanaşı, digər ölkələrə də ixracı üçün yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.