İQTİSADİYYAT


“Azexport” portalının xüsusi buraxılışı nəşr edilib

Bakı, 23 yanvar, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azərbaycan iqtisadi islahatlar icmalı"nın ilk sayı "Azexport" portalının fəaliyyətinə həsr olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, icmalda portalın fəaliyyət istiqamətləri, yaratdığı imkanlar, inteqrasiya olunduğu platformalar, əməkdaşlıq əlaqələri, sahibkarların savadlılığının artırılması məqsədilə təşkil edilmiş təlimlər və region turları çərçivəsində keçirilən çoxsaylı görüşlər barədə məlumatlar yer alıb. Həmçinin portalın məlumat bazasının strukturu, zənginliyi və istifadəyə rahatlılığı əyani nümayiş olunub. "Azexport" portalı vasitəsilə yerli məhsullara daxil olmuş xarici sifarişlərin dəyərinin ötən illə müqayisədə artan tempini göstərən statistik məlumatlar, bu sifarişlərin daxil olduğu ölkələrin sayı və ən çox sifariş almış Top 10 məhsulun siyahısı oxuculara infoqrafik təsvirlərlə təqdim edilib.

Bundan başqa, "Azexport"un tərkib hissəsi olaraq, fəaliyyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı və bu qovşaq vasitəsilə onlayn şəkildə təqdim edilən Onlayn Vahid İxrac Ərizəsi barədə ümumi məlumatlar və istifadəçilər üçün yaratdığı üstün imkanlar da icmalın cari sayında öz əksini tapıb. "Azexport" vasitəsilə sahibkarlar üçün böyük ixrac imkanları yaradan və Azərbaycanda bir ilk olan Sərbəst Satış Sertifikatı barədə məlumatlar qeyd olunub, həmçinin bu sertifikat vasitəsilə Azərbaycan məhsullarının çıxarıldığı yeni bazarlar xəritə üzərində göstərilib. İcmalın son bölməsində isə portaldan istifadə edən və müsbət təsirlərini görən istifadəçi və sahibkarların portalın onlar üçün yaratdığı imkanlara dair rəyləri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.