İQTİSADİYYAT


“Azexport” yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb

Bakı, 27 iyul, AZƏRTAC

“Azexport.az” portalı “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, portal ziyarətçilərinin əsas hissəsini körfəz və okeaniya ölkələri təşkil edən “www.go4worldbusiness.com”, Hindistan bazarını əhatə edən “www.tradeindia.com”, “www.indiamart.com” və MDB ölkələrində son illərdə aqrar məhsulların satışında ixtisaslaşan “www.agrorubo.ru” kimi beynəlxalq elektron satış portallarına inteqrasiya edilib.

“Azexport” portalının rəhbəri Zaur Qardaşov  bildirib ki, yeni portallara inteqrasiya ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanları təqdim etmək və “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində böyük rol oynayır: “Portallara inteqrasiya olunan ilk günlərdən Hindistandan meyvə tərəvəz məhsullarına və Körfəz ölkələrindən toyuq əti və toyuq yumurtasına sorğular daxil olub. Qeyd olunan portalların ümumi əhatə dairəsi 1,5 milyard istifadəçi təşkil edir.”

Qeyd edək ki, “Azexport” portalı ilk gündən “www.amazon.com”, “www.alibaba.com”, “www.all.biz”, “www.agroserver.ru” və digər bu kimi portallarla əməkdaşlıq edir və bunun sayəsində Azərbaycan məhsullarına beynəlxalq bazarlardan bu günə kimi 800 milyon ABŞ dollarından artıq sorğular daxil olub.

Portal bundan sonra da əməkdaşlıq edəcəyi portalların siyahısının genişləndirilməsini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.