“Azexport.az” portalı 393,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri alıb
AzerTAg.az

Bakı, 30 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında “Azexport.az” portalına 393,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına istinadla bildirir ki, bu ilin oktyabrında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 37,3 milyon dollardır. Oktyabrda “Azexport.az” portalına edilən ixrac sifarişlərinin pambıq yağı, kərə yağı, qurğuşun, tikinti kərpici, toyuq əti, xurma, fındıq, tütün, mühərrik yağı buğda unu və sair məhsullar üstünlük təşkil edib.
Məlumat üçün bildirək ki, 2017-ci ilin yanvar ayından 2022-ci il sentyabrın 30-dək (70 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,1 milyard dollar olub.
Xəbərin mətnində orfoqrafik səhv var