İQTİSADİYYAT


“Azexport.az” portalına daxil olan ixrac sifarişləri 10,4 faiz artıb

Bakı, 30 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında “Azexport.az” portalına 319,5 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla xəbər verir ki, iyun ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 45,6 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 10,4 faiz artıb.

2017-ci ilin yanvar ayından cari il iyunun 30-na kimi (42 ay ərzində) “Azexport.az” portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 904,3 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.