İQTİSADİYYAT


“Azexport.az” portalının “Elektron ticarət” üzrə təlimi yekunlaşıb

Bakı, 29 noyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalının Beynəlxalq Ticarət Mərkəzi (ITC) ilə birgə "Elektron ticarət" və "İxrac prosedurları" mövzuları üzrə təşkil etdiyi təlim yekunlaşıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə özəl və dövlət qurumlarının 40-dan çox əməkdaşı iştirak edib. Təlim interaktiv aparıldığı üçün müzakirələr fərqli qruplar üzrə 5 gün davam edib.

ITC-nin ekspertləri Mohamed Es Fih və Eldar Adilzadə təlim zamanı iştirakçılara informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin və işlərin görülməsi üzrə mərhələlər barədə ətraflı məlumatlar təqdim ediblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.