İQTİSADİYYAT


“Azexport.az” portalının İmişli rayonunda sahibkarlarla görüşü keçiriləcək

Bakı, 12 may, AZƏRTAC

“Azexport.az” portalının İmişli rayonunda sahibkarlarla görüşü keçiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüş İmişli rayonunda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə görüş təşkil olunacaq. İmişli rayon İcra hakimiyyətinin və İmişli “KOB Dostu”nun dəstəyi ilə baş tutacaq tədbirdə “Azexport.az” portalının iş prinsipi və portalın təqdim etdiyi imkanlar barədə məlumatlar veriləcək.

Görüşdə ticarətdə tətbiq olunan rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi nüfuzlu beynəlxalq elektron ticarət platformaları və “Payoneer” ödəniş sisteminə dair müzakirələr aparılacaq.

Tədbir mayın 13-ü saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Sahə üzrə maraqlı şəxslər görüşə qatıla, həmçinin, natiqlərə suallarını ünvanlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.