İQTİSADİYYAT
“Azexport.az”a keçən il 596 milyon dollarlıq sifariş daxil olub
Bakı, 29 yanvar, AZƏRTAC
Ötən il “Azexport.az” portalına 596 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın yanvar sayında deyilir. Bildirilir ki, 2018-ci illə müqayisədə keçən il “Azexport.az”a daxil olan ixrac sifarişləri dəyər baxımından 16 faiz artıb. 2019-cu ilin dekabr ayı ərzində isə “Azexport.az” portalına daxil olan sifarişlərin dəyəri 63,4 milyon dollar təşkil edib.
2017-ci ilin yanvar ayından ötən il dekabrın 31-nə kimi (36 ay ərzində) “Azexport.az” portalına 141 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 585 milyon dollara çatıb.