MƏDƏNİYYƏT
Əzim Əzimzadə adına bağda kiçik rəssamların əl işləri sərgilənib
Bakı, 16 aprel, AZƏRTAC
Bakıda Əzim Əzimzadə adına bağda kiçik rəssamların bir-birindən maraqlı əl işləri sərgilənib.
AZƏRTAC xəbər verir ki, balaca rəssamların əsərləri nəinki paytaxt sakinləri, həm də tanınmış rəssamlar tərəfindən maraqla qarşılanıb.
Sərgini ziyarət edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov deyib: “Tarixən formalaşan milli sənətlərimiz arasında rəssamlıq özünəməxsus yer tutur. Sevindirici haldır ki, bu gün rəssamlıq sənətini inkişaf etdirmək üçün orta, ali təhsil ocaqlarımız, incəsənət məktəblərimiz fəaliyyət göstərir. Gənclərimizin, azyaşlı bacarıqlı uşaqların rəssamlıq sənətinə marağı ürəkaçandır”.
F.Xəlilov kiçikyaşlı rəssamlara uğurlar arzulayıb, onları fəxri fərmanla mükafatlandırıb.