MƏDƏNİYYƏT


Əzim Əzimzadənin ev-muzeyində Üzeyir Hacıbəylinin xatirəsi anılıb

Bakı, 17 sentyabr, AZƏRTAC 

Sentyabrın 17-də Xalq rəssamı Əzim Əzimzadənin ev-muzeyində Cəfər Cabbarlı və Məmməd Səid Ordubadinin ev-muzeylərinin, habelə Zığ Mədəniyyət evinin dəstəyi ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günü və Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru İradə Əzimzadə böyük bəstəkarın həyat və yaradıcılığından bəhs edib. O qeyd edib ki, Əzim Əzimzadə və Üzeyir Hacıbəylinin arasında möhkəm dostluq və yaradıcılıq bağları olub. Onların hər ikisi Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə verərək öz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdırıblar.

İ.Əzimzadə diqqətə çatdırıb ki, əsl vətənpərvər olan Üzeyir Hacıbəyli bütün həyatını Azərbaycan xalqına xidmətə həsr edib. Onun mədəni irsi misilsizdir. Bu səbəbdən də dahi bəstəkarın xatirəsi əbədi olaraq yaşayacaq.

Tədbir konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.