REGİONLAR


Azıx mağarası insana çox sirli və mistik təsir bağışlayır - Səyyah VİDEO

Azıx mağarası insana çox sirli və mistik təsir bağışlayır -  Səyyah  VİDEO

Xocavənd, 4 fevral, AZƏRTAC

Mən ilk dəfədir Azərbaycana gəlirəm. Biz ecazkar və modern üslubda tikilən Füzuli Beynəlxalq Hava Limanında olduq. Gördüklərim məni valeh etdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Uelsdən gəlmiş səyahətçi Amanda Deyvis Xocavənddə yerləşən Azıx mağarasına səfəri zamanı deyib.

Ərazidə olan bütün tikililərin yerlə-yeksan edildiyini bildirən səyyah qeyd edib: “Ötən illərdə bu ərazilərin dağıdılmış olduğunu görmək təəssüf hissi doğurur, lakin yenidən burada tikinti və bərpa işlərinin aparıldığının şahidi oldum. İnsanlar gələcəyə nikbin baxmalıdır. Regionun təbiəti möhtəşəmdir. Ümid edirəm ki, insanlar yenidən bu torpaqlarda yaşayacaqlar. Azıx mağarası insana çox sirli və mistik təsir bağışlayır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.