CƏMİYYƏT


Əziz Qaralov: Sürüşmə qatının hündürlüyü 15 metrdən çoxdur VİDEO

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də səhər saat 09:30 radələrində Səbail rayonu ərazisində, Badamdar-20-ci sahəni birləşdirən yolda yeni sürüşmə hadisəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Baş verən sonuncu sürüşmə nəticəsində istinad divarının böyük hissəsinin dağıldığını vurğulayan Ə.Qaralov deyib ki, torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən çoxdur və biz oraya gedə bilmirik.

Nazirliyin təmsilçisi yolun alt hissəsində olan evlər üçün təhlükə olmadığını, üst hissədəki evlərin sakinlərinin isə dünəndən həmin ərazidən çıxarıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.