ELM VƏ TƏHSİL


“Əziz Şuşa, sən azadsan” mövzusunda silsilə tədbirlər təşkil olunub

Bakı, 8 may, AZƏRTAC

Təhsil Nazirliyi Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan!” mövzusunda silsilə tədbirlər təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlərin məqsədi işğal altındakı torpaqlarımızın, o cümlədən Qarabağın döyünən ürəyi - Şuşanın azad edilməsini qeyd etmək, uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik hisslərini aşılamaq, istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.

Mərkəzin istedadlı yetirmələri tərəfindən Qarabağın işğaldan azad olunması ilə bağlı “Şuşa”, “Azərbaycanım” adlı şeir və mahnı bəstələnib, “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” mövzusunda inşa yazılıb.

Gənc rəssamların “Şuşanın zəfəri” mövzusunda çəkdikləri rəsmlərdən ibarət virtual sərgi və dərnək üzvlərinin hazırladıqları videoçarxlar sosial şəbəkələrdə nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.