SİYASƏT


Əzizağa Qənizadə: Ordumuzun yeganə arzusu torpaqlarımızın işğaldan azad olunmasıdır

Bakı, 22 mart, AZƏRTAC 

Son illər ordumuzda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, müxtəlif ölkələrdə istehsal edilən müasir silahlar Azərbaycana gətirilərək silahlanmaya qəbul edilir. Ordumuzun döyüş qabiliyyətinin, onun mənəvi-psixoloji durumunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər inkişafın bariz nümunəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib.

Ə.Qənizadə bildirib: “Hətta cəbhə bölgəsində, çətin keçilən və yüksəkliklərdə yerləşən ərazilərdəki hərbi hissə və bölmələrdə əsgərlərimiz üçün yaradılan şərait Ordumuzun hərtərəfli inkişaf etdiyini qeyd etməyə əsas verir. Bütün bunları hamımız birlikdə görür, hamılıqla fəxr edirik. Xalqımız da daim ordumuzun yanında olması ilə onu dəstəkləyir. Lakin bəzən hərbi hissələri ziyarət edənlər əsgərləri sevindirmək üçün onlara hədiyyə olaraq müxtəlif qida məhsulları və ləvazimatlar aparırlar. Amma buna heç bir ehtiyac yoxdur. Çünki Ordumuz dövlətimizin daim diqqət mərkəzindədir. Bunu hətta hərbi sahədə ixtisaslaşan bir sıra beynəlxalq qurumlar da öz hesabatlarında təsdiq edirlər”.

Ehtiyatda olan polkovnik əminliklə bildirib ki, hərtərəfli dövlət qayğısı ilə tam əhatə olunmuş Ordumuzun yeganə arzusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməkdir: “Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını qədim tarixi köklərə malik milli bayramımız – Novruz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əsgərlərimiz bayram günlərini komandanlıq tərəfindən təşkil olunan bayram tədbirlərində iştirak edərək keçirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.