DÜNYA


Azor adaları iqlim dəyişikliyinə qarşı mübarizə üçün Aİ-dən 12 milyon avro alacaq

Lissabon, 19 fevral, AZƏRTAC

İqlim dəyişikliyinə qarşı mübarizədə Portuqaliyanın Azor adalarına kömək layihəsi (LIFE IP CLIMAZ) Avropa Komissiyası tərəfindən seçilmiş on iki layihədən biridir.

AZƏRTAC xəbər verir ki, Ətraf Mühit və İqlim üzrə Avropa Fəaliyyət Proqramı (LIFE) çərçivəsində investisiyaların ümumi həcmi 121 milyon avro təşkil edəcək. Avropa Komissiyası tərəfindən maliyyələşdirmə ətraf mühitin bərpasına kömək edəcək və on bir ölkəyə - Belçika, Almaniya, İrlandiya, Fransa, İtaliya, Latviya, Macarıstan, Hollandiya, Polşa, Portuqaliya və Slovakiyaya ətraf mühitin qorunması ilə bağlı qarşılarına qoyduqları məqsədlərə çatmaqda kömək edəcək.

Sıfır emissiyaya malik sabit fəaliyyət - ən əsas məqsədlərdən biridir.

Avropanın bu maliyyə proqramı ekstremal iqlim hadisələri qarşısında Azor arxipelaqına daha dayanıqlı olmağa, həmçinin enerji, meşə təsərrüfatı və turizm kimi digər sahələrlə də tədbirlərin görülməsinə kömək edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.