İQTİSADİYYAT


Azot gübrəsi ixracı azalıb

Bakı, 20 fevral, AZƏRTAC

Yanvar ayında ölkədən 6,2 min ton azot gübrəsi ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən azot gübrəsinin dəyəri isə 993,5 min ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin eyni ayında 3,44 milyon dollarlıq 21,96 min ton azot gübrəsi ixrac edilib.

Qeyd edək ki, 2019-cu il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR karbamid” zavodu istifadəyə verilib. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu (azot gübrəsi) istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollaradək əlavə gəlirin daxil olmasına imkan verəcək. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.