DÜNYA


“Azovstal” zavodundan insanların təxliyəsi davam edir

Bakı, 6 may, AZƏRTAC

Ukraynada “Azovstal” zavodundan insanların təxliyəsi üzrə əməliyyatlar bu gün də davam edir.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident ofisinin rəhbəri Endrey Yermak özünün Teleqram kanalında məlumat verib. “Bu dəqiqələrdə bizim insanların “Azovstal”dan xilas olunmasının növbəti mərhələsi davam edir. Nəticələr barədə informasiya veriləcək”, - deyə o qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin dünən verdiyi məlumata əsasən, həftə ərzində “Azovstal” zavodundan 150 nəfərə yaxın, Mariupoldan və onun ətrafından isə 300-dən çox insanı təxliyə etmək mümkün olub. BMT-nin Baş katibi Antonio Quterriş bildirib ki, Birləşmiş Millətlər Təşkilatının əməliyyatları sayəsində Mariupoldan ümumilikdə 500 nəfərə yaxın insan təxliyə edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.