İQTİSADİYYAT
“Azsığorta” 10 illiyini qeyd edir
Bakı, 25 noyabr, AZƏRTAC
“Azsığorta” şirkəti 10 illik yubileyini qeyd edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, “Azsığorta” şirkəti keçən il Fitch tərəfindən təyin edilən “B+” reytinqdir, beynəlxalq reytinqə malik ölkənin yeganə universal sığorta şirkətidir.
Şirkət FIAR-2014 beynəlxalq sığorta və təkrarsığorta forumunda, qeyri-həyat sığortası sahəsində ölkənin ən gəlirli şirkəti nominasiyasında mükafata layiq görülüb.
Bildirilib ki, şirkətin 7 filialı, respublikanın hər bir nöqtəsində nümayəndələri var və bu müştərilərə daha yaxın olmaqda kömək edir. Məsələn, keçən ilin sonunda Şəkidə, bu ilin əvvəlində isə İmişli zonasında baş verən zəlzələlər zamanı, şirkət hər iki halda yerlərdə operativ qərargah salıb. Bunun sayəsində qısa zaman ərzində insanların müraciətlərini qəbul edərək, zərərləri qiymətləndirilib, sığorta ödənişlərinin ödənilməsi təmin edilib.
Şirkətdə 500-dən çox əməkdaş çalışır.
Əhalidə sığorta mədəniyyətinin formalaşdırılması işində “Mobil Sığortaçı” layihəsinin xüsusi rolu var. Sosial təşəbbüs baxımından, Sığorta Məktəbinin fəaliyyətini qeyd etmək lazımdır. Növbəti ildə bu istiqaməti daha da inkişaf etdirmək planlarımız var. Məqsədimiz – gənc nəslə sığorta sahəsində karyera qurmaqda real imkanlar yaratmaqdır.