İQTİSADİYYAT
“Aztelekom” dekabrın 1-dən internet xidmətləri üzrə yenilik edib
Bakı, 1 dekabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) dekabrın 1-dən etibarən təklif etdiyi internet xidmətləri üzrə yenilik edib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, “Aztelekom” internet abunəçiləri üçün sürət həddini artırır. İndi abunəçilər 15 AZN ödəməklə 2mbit/s sürət əvəzinə, 3 mbit/s sürət əldə edəcək. Beləliklə, yeni tarif planına əsasən, abunəçilər əvvəlki qiymətə daha sürətli və keyfiyyətli internetdən faydalana biləcəklər. MMC tərəfindən genişzolaqlı internet xidmətinin əhatə dairəsinin genişləndirilməsi və internet keyfiyyətinin artırılması üçün respublikanın regionları üzrə xidməti ərazisində müasir avadanlıqlar quraşdırılıb.
Qeyd edək ki, bu il “Aztelekom”un internet abunəçilərinin sayı 25 faiz artaraq 250 minə çatıb.