İQTİSADİYYAT
“Aztelekom” taekvondo üzrə dünya çempionatının rəqəmsal sponsorudur
Bakı, 26 may, AZƏRTAC
“Aztelekom” MMC 29 may – 4 iyun tarixlərində Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının rəqəmsal sponsorudur.
AZƏRTAC xəbər verir ki, şirkət sponsorluq çərçivəsində çempionatın keçirildiyi “Bakı Kristal Zalı”nı fiber-optik xətt üzərindən yüksəksürətli internetlə təmin edir.
Artıq 26-cı dəfə təşkil olunacaq mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir. Ölkəmiz Dünya çempionatının keçirildiyi MDB ölkələri arasında 2-ci və Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci ölkə kimi tarixə düşəcək.
Yarışlarda dünyanın ən güclü taekvondoçuları 16 çəki dərəcəsində mübarizə aparacaqlar. Çempionata 145 ölkədən minədək idmançı və iki minədək qonağın gələcəyi