CƏMİYYƏT
“Aztəminatlı ailələrə ərzaq yardımı” layihəsi davam edir
Bakı, 14 oktyabr, AZƏRTAC
“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aztəminatlı ailələrə ərzaq yardımı” layihəsini həyata keçirib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, təşkilat Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına dəstək olaraq qalib gəldikləri layihəni pandemiya şəraitində aztəminatlı ailələrə ərzaq yardımına yönəldib.
Bu qeyri-hökumət təşkilatının həyata keçirdiyi yardım kampaniyası 80-nə yaxın ailəni əhatə edib. Şura tərəfindən təsdiqlənmiş siyahıdakı aztəminatlı hər ailə həmin yardım kuponu vasitəsilə müqavilə bağlanmış ticarət şəbəkəsindən 50 manat dəyərində ərzaq alacaq.
Ərzaq kuponu və maarifləndirici bukletlər təqdim edilən ailələr göstərilən yardıma görə dövlətimizin başçısına və şuraya minnətdarlıqlarını çatdırıblar.