ELM VƏ TƏHSİL
“Aztexnika” şirkətinin idarə heyəti AMEA YT Parkın fəaliyyəti barədə məlumatlandırılıb
Bakı, 5 aprel, AZƏRTAC
“Aztexnika” MMC-nin icraçı direktoru Rəşad Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait və potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib.
Daha sonra AMEA-nın “Təcrübə-Sənaye Zavodu” MMC və “Millers-Oils Azərbaycan” MMC-nin yağ istehsalı sahələrinə baxış keçirilib.
Rəhbərlik etdiyi texnoparkın biznes təfəkkürü və innovativ düşüncənin inkişafına töhfə verdiyini söyləyən YT Parkın direktoru Nazim Şükürov bu qurumda elm və biznesin inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.