REGİONLAR
Azyaşlı pianoçu Nurayın daha bir uğuru
Xırdalan, 27 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi növbəti uğura imza atıb. Məktəbin fortepiano ixtisası üzrə IV sinif şagirdi 10 yaşlı Nuray Mehdiyeva (müəllimi Arzu Manafova) beynəlxalq müsabiqənin qalibi olub.
Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov AZƏRTAC-a bildirib ki, müsabiqə noyabrın 21-24-də Gürcüstanın paytaxtı Tbilisidə keçirilib. Üç yaş qrupu üzrə keçirilən müsabiqənin I yaş qrupunda çıxış edən Nuray Mehdiyevanın ifası münsiflər tərəfindən bəyənilib. Onun ifa etdiyi Q.Qarayevin “Fikirli”, J.İberin “Balaca dəcəl”, U.Gillokun “Aylı gecə”, A.Pieszonkanın “Tarantella” əsərləri Rusiya, Amerika, İsrail, Litva və Gürcüstanı təmsil edən münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Balaca Nuray II dərəcəli diploma, pul mükafatına və müsabiqənin laureatı adına layiq görülüb.
Xatırladaq ki, Nuray Mehdiyeva azyaşlı olmasına baxmayaraq, artıq bir neçə respublika və beynəlxalq müsabiqələrin laureatıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]