CƏMİYYƏT


Azyaşlı uşağa hədə-qorxu gələrək pulunu alan şəxslər saxlanılıblar

Bakı, 24 may, AZƏRTAC

Mayın 15-dən 22-dək olan müddətdə Cəlilabad Rayon Polis Şöbəsinin Şıxlar kəndində iki nəfərin azyaşlı uşağa hədə-qorxu gələrək 69 min rubl, 300 ABŞ dolları və 909 manat məbləğində pul almaları barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri E.Abbasov və Ə.Quliyev müəyyənləşdirilərək saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.