CƏMİYYƏT


Azyaşlıya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini yaxalanıb

Bakı, 15 sentyabr, AZƏRTAC 

Paytaxtın Nəsimi rayonunda soyğunçuluqla məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis şöbəsinə sentyabrın 12-də saat 23 radələrində rayon ərazisindəki parkların birində Bakı şəhər sakini olan bir azyaşlının mobil telefonunun açıq talama yolu ilə əlindən alınması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini İ.Babayev müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.