DÜNYA
BƏƏ-də 200-ə yaxın insan içməli sudan zəhərlənib
Dubay, 10 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əcman əmirliyində yerləşən “Horizon Towers” yaşayış komplekslərinin 200-ə yaxın sakini keyfiyyətsiz içməli sudan zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib.
AZƏRTAC Əcman polisinin “Twitter” mikrobloqunda yaydığı məlumata istinadla xəbər verir ki, iki istirahət günü ərzində əmirlik xəstəxanalarına ümumilikdə 190 nəfərə yaxın sakin müraciət edib və onlardan yeddi nəfər xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hazırda onların vəziyyəti sabitdir.
Əcmanın kommunal xidmətləri yaşayış kompleksini su ilə təmin edən bütün boru və anbarlarda yoxlama işləri aparır və içməli suyu dezinfeksiya edirlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]