DÜNYA


BƏƏ-də avtomobillərin rəqsi üzrə rekord müəyyən olunub

Əbu-Dabi, 1 noyabr, AZƏRTAC

Bu həftə Birləşmiş Ərəb Əmirliklərində daha bir dünya rekordu müəyyən olunub. Burada “avtomobillərin dünyada ən irimiqyaslı sinxron rəqsi” şousu təşkil edilib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, peşəkar pilot Aksil Ceffrianın rəhbərliyi ilə 180 yolsuzluq avtomobili səmada süzən şahin formasına uyğun ahəngdar hərəkət edib. Avtomobillərin rəqsi “Dubai Rugby 7” stadionunda ifa olunub. Şouya “NissanPatrol” avtomobilləri cəlb edilib. Rəqs edən “şahinin” ölçüləri 176,5x225 metr təşkil edib. İki cərgədə əks istiqamətlərdə sinxron hərəkət edən avtomobillər Ərəbistan yarımadası üzərində qanad çalıb uçan şahin illüziyası yaradıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.