DÜNYA


BƏƏ-də bankomat istifadəçilərinin 90 faizi rəqəmsal bankinqə üstünlük verir

Dubay, 16 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində bankomat istifadəçilərinin 90 faizi rəqəmsal bankinqə üstünlük verir. Bu, ölkədə bank sektorunun sürətlə avtomatlaşdırılmasına dəlalət edir.

Federal rəqabətqabiliyyətlilik və statistika idarəsi, həmçinin digər rəsmi orqanlar tərəfindən aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, BƏƏ sakinlərinin çoxu bank fəaliyyəti üçün, o cümlədən bankların onlayn xidmətləri üçün mobil telefonlardan istifadə edirlər.

AZƏRTAC BƏƏ KİV-lərinə istinadla xəbər verir ki, BƏƏ-də rəqəmsal bankinqin inkişafı bu ölkədə fəaliyyət göstərən bankların müştərilərə müxtəlif xidmətlər, o cümlədən mobil bankinq xidmətləri təqdim etmək üçün ən yeni texnologiyalara sərmayə qoymaq istəyi ilə bağlıdır.

19 bank tərəfindən təqdim edilən xidmətlərin araşdırılması nəticəsində məlum olub ki, bank xidmətləri ilə bağlı proqram əlavələrinin yüklənmə və quraşdırılma sayı 5,4 milyona qədər artıb. Bu, bank hesabları sahiblərinin rəqəmsal üsullara tələbatının artmasını göstərir. Xüsusi qeyd edilir ki, BƏƏ-də bank sektoru dinamik inkişaf edir və son zamanlar müxtəlif bank xidmətlərindən istifadənin asanlaşdırılmasına yönəlmiş müxtəlif təşəbbüsləri həyata keçirməyə başlayıb.

Bəzi yerli banklar bank xidmətlərindən istifadəni asanlaşdırmaq məqsədilə robotlardan istifadə edirlər. Beləliklə, hibrid banklar gələcəkdə personaldan asılılığı azalda biləcəklər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.