CƏMİYYƏT


BƏƏ-də koronavirusa yoluxmuş daha iki nəfər müalicə edilib

Bakı, 15 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa yoluxmuş daha iki nəfər müalicə edilib. Bu barədə Əmirliklərin Səhiyyə və Profilaktika Nazirliyi məlumat yayıb. Beləliklə, bu ölkədə olan səkkiz xəstədən üçün tam müalicə edilərək xəstəxanadan buraxılıb.

AZƏRTAC nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, koronavirus xəstəliyindən tam müalicə olunan ilk pasiyent 73 yaşlı Çin vətəndaşı Lyu Yuytzya olub. Xəstəxanadan tamamilə sağlam vəziyyətdə buraxılan digər şəxslər isə 41 yaşlı çinli və onun səkkiz yaşlı oğludur.

“Emirates” informasiya agentliyinin xəbərinə görə, Çinin BƏƏ-də baş konsulu Li Syuxan və Əmirliklərin Səhiyyə və Profilaktika Nazirliyinin beynəlxalq idarəsinin rəhbəri Fatima Əl Əttar sağalmış pasiyentlərlə görüşərək onları təbrik ediblər. Çinli diplomat koronavirusla mübarizədə onun ölkəsi ilə həmrəylik nümayiş etdirdiklərinə görə nazirliyin rəhbərlərinə və həkimlərə minnətdarlıq edib.

Fatima Əl Əttar qeyd edib ki, aparılan son tədqiqatlar koronavirus xəstəliyinin 98 faiz müalicə oluna biləcəyini göstərir. O əlavə edib ki, digər 5 xəstənin müalicəsi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.