CƏMİYYƏT


BƏƏ-də yaşayan azərbaycanlılar tarixi Qələbəmizi qeyd ediblər

Bakı, 17 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması və 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin tarixi Qələbəsi münasibətilə silsilə tədbirlər keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Dubay şəhərində yaşayan soydaşlarımız Şuşanın erməni işğalından azad olunmasını yüksək coşqu ilə qeyd edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparan Ordumuza dərin minnətdarlıqlarını bildiriblər.

BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində də oxşar tədbir keçirilib. Nuranə Hüseynova və Şəbnəm Əmirovanın təşəbbüsü ilə Əbu-Dabidə yaşayan soydaşlarımız Azərbaycanın şanlı Qələbəsi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın milli musiqiləri, xalq mahnıları səsləndirilib. “Sarı gəlin” xalq mahnısının sədaları altında 12 yaşlı Ceyla Hüseynovanın rəqsi maraqla qarşılanıb.

Soydaşlarımız Münəvvər İskəndərova, Ziba Kalbiyeva, Aysel Məmmədova və “Karabakh is Azerbaijan!” Milli Platformasının BƏƏ üzrə koordinatorlarından biri olan Sabrin Azimin təşəbbüsü ilə Dubay şəhərində daha bir tədbir təşkil edilib. Tədbirdə bu şəhərdə yaşayan və fəaliyyət göstərən məşhur türk müğənnisi Edin Arslantürkün maraqlı ifaları da səsləndirilib.

Soydaşlarımızın təşkilatlanması və Azərbaycan tarixinin, zəngin mədəni irsinin təbliği məqsədilə belə görüşlərin tez-tez keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.