SİYASƏT


BƏƏ-dəki “Azərbaycan” cəmiyyətinin sədri Türkiyənin Dubaydakı baş konsulunun şərəfinə təşkil olunmuş mərasimdə iştirak etmişdir

Bakı, 14 dekabr (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Türkiyənin BƏƏ-dəki baş konsulu Umid Yalçının diplomatik missiyasının başa çatması münasibətilə təşkil olunmuş mərasimdə iştirak etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Türkiyənin BƏƏ-dəki səfirliyinin, baş konsulluğunun, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Türkiyənin dövlət və hökumət nümayəndələri və başqaları iştirak etmişlər.

“Azərbaycan” Cəmiyyətinin sədri baş konsul U.Yalçına gələcək fəaliyyətində uğurlar arzulamış, ona üzərində Azərbaycanın tarixi abidələrinin təsviri olan hədiyyə təqdim etmişdir.

U.Yalçın “Azərbaycan” Cəmiyyətinin uzun illər ərzində istər Türkiyənin Dubaydakı baş konsulluğu ilə, istərsə də BƏƏ-dəki türk diasporu ilə sıx əməkdaşlıq etdiyinə görə təşəkkürünü bildirmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.