CƏMİYYƏT


BƏƏ-dən gələn Azərbaycan vətəndaşından 93 ədəd “İphone” aşkarlandı

BƏƏ-dən gələn Azərbaycan vətəndaşından 93 ədəd “İphone” aşkarlandı

Bakı, 22 mart, AZƏRTAC

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şarjah (BƏƏ)-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına bəyan edilməyən 30 ədəd “İphone 13”, 60 ədəd “İphone 14” və 3 ədəd “İphone 14 Pro Max” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.