DÜNYA


BƏƏ istedadların rəqabət qabiliyyəti reytinqində Yaxın Şərqdə birinci yeri tutur

Əbu-Dabi, 22 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) istedadların rəqabət qabiliyyəti üzrə Yaxın Şərq regionunda birinci yeri və həmin göstərici üzrə qlobal reytinqdə 19-cu yeri tutur.

AZƏRTAC xəbər verir ki, Parisdəki Ali Biznes Məktəbinin apardığı tədqiqatın nəticələrinə görə BƏƏ geniş əhatəli illik indeks haqqında hesabatda dalbadal 4-cü dəfə bütün Yaxın Şərq ölkələrini qabaqlayır. Həmin indeks ölkələrin və şəhərlərin inkişafını, istedadların və onların rəqabət qabiliyyətinin cəlb edilməsini və dəstəklənməsini qiymətləndirir.

Hesabatda BƏƏ-nin istedadlı insanların cəlb edilməsi, onların qabiliyyətlərinin üzə çıxarılması və yüksəkixtisaslı kadrlar üçün əlverişli şərait yaradılması üzrə dünyanın əsas ölkələri sırasına daxil olmağa yönəlmiş səyləri yüksək qiymətləndirilib.

Reytinqlər altı istiqamət üzrə müəyyən edilib: imkan yaradılması, istedadların cəlb edilməsi, inkişafı, peşə hazırlığı vərdişlərinin qorunub saxlanması və ümumi biliklər.

“Cəlbetmə” nominasiyasında xüsusilə fərqlənən BƏƏ bu kateqoriyada Sinqapur və Lüksemburqdan sonra üçüncü yeri tutub. Məruzədə bu ölkənin xaric üçün açıqlığı, güclü peşəkar və texniki vərdişləri, habelə işədüzəlmə səviyyəsinin yüksək olması xüsusi vurğulanır.

Federal rəqabətədavamlılıq və statistika idarəsində rəqabətədavamlılıq sektorunun icraçı direktoru Xanan Əhli bildirib ki, bu hesabat yerli kadrların əmək bazarına çıxışını optimallaşdırmaq məqsədilə onlar üçün innovasiya mühitinin təmin edilməsi yolu ilə ölkənin fədakarcasına səylərini əks etdirir.

Asya Hacızadə

AZƏRTAC –ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.