İDMAN


BƏƏ-nin Futbol Assosiasiyası 150 min dollar cərimələnib

Əbu-Dabi, 11 mart, AZƏRTAC

Asiya Futbol Konfederasiyasının (AFC) İntizam Komitəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Futbol Assosiasiyasını 150 min dollar məbləğində cərimələyib.

AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ-nin Futbol Assosiasiyanın “Twitter” səhifəsində məlumat verilib.

Cərimələnməyə səbəb BƏƏ yığması azarkeşlərinin Asiya kubokunun yarımfinalında Qətər ilə matçdakı davranışları olub.

BƏƏ-nin Futbol Assosiasiyası öz növbəsində, bu qərara qarşı apellyasiya şikayəti verdiyini bildirib.

Xatırladaq ki, Əbu-Dabidə bu il baş tutmuş görüşdə BƏƏ fanatları Qətərin himni səslənən zaman təhqiramiz səslər çıxarıb, meydana yad əşyalar atıb və stadionda qarışıqlığa səbəb olublar.

BƏƏ komandası bunlara görə 2023-cü ildə keçiriləcək Asiya kubokunun seçmə mərhələsindəki ilk oyununu boş tribunalar önündə keçirmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, həmin görüşdə Qətər yığması 4:0 hesabı ilə qələbə qazanaraq finala çıxıb. Komanda finalda Yaponiyanı 3:1 hesabı ilə məğlub edərək Asiya kubokunun qalibi olub.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.