İQTİSADİYYAT


BƏƏ-nin xarici ticarət naziri “Dubay Ekspo 2020” sərgisindəki Azərbaycan pavilyonunu ziyarət edib

Qahirə, 27 mart, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici ticarət naziri Tani bin Əhməd Al Zeyudi başa çatmaqda olan “Dubay Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunu ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazirə “Gələcəyin toxumları” adlı pavilyonun eksponatları, o cümlədən Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Nazir Al Zeyudi Azərbaycan pavilyonunda innovativ texnologiyanın ən son nailiyyətləri ilə qədim mədəni irsin vəhdətini yüksək qiymətləndirib və buradakı dizaynın unikal olduğunu deyib.

BƏƏ-nin naziri jurnalistlərə müsahibəsində bildirib ki, hazırda onun ölkəsi ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr yüksəliş dövrünü yaşayır. Belə ki, ötən il iki ölkə arasında qeyri-neft sektorunda ticarətin həcmi 33 faiz artaraq 2,4 milyard dirhəmə (təqribən 650 milyon dollar) çatıb.

Bərpaolunan enerji istehsalı üzrə uğurlu əməkdaşlığın hər iki ölkənin xalqlarının rifahına xidmət etdiyini vurğulayan nazir deyib ki, BƏƏ ilə Azərbaycan arasında turizm sektorunda da əməkdaşlığın böyük potensialı mövcuddur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.