DÜNYA
BƏƏ son altı ildə 60 milyard dollara yaxın birbaşa xarici sərmayə cəlb edib
Əbu-Dabi, 14 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri son altı ildə (2013-ci ildən 2018-ci ilin sonuna kimi) ərəb ölkələri arasında ölkəyə cəlb edilmiş birbaşa xarici sərmayələrin həcminə görə lider ölkədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf konfransının qlobal investisiyalar haqqında hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, bu müddət ərzində BƏƏ ölkəyə 59,732 milyard dollara yaxın birbaşa sərmayə cəlb edib. Belə ki, 2013 ildə ölkəyə cəlb olunan birbaşa sərmayələrin həcmi 9,765 milyard dollar, 2014-cü ildə 11,072 milyard dollar, 2015-ci ildə 8,551 milyard dollar, 2016-cı ildə 9,605 milyard dollar, 2017-ci ildə 10,354 milyard dollar və 2018-ci ildə isə 10,385 milyard dollar olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]
“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib
- 20.04.2024 [13:27]
Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək
- 20.04.2024 [11:51]