DÜNYA


BƏƏ və Səudiyyə Ərəbistanı İranda daşqınlar nəticəsində zərərçəkənlərə yardım barədə birgə təşəbbüs irəli sürüblər

Əbu-Dabi, 13 aprel, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Səudiyyə Ərəbistanının yardım agentlikləri bu yaxınlarda İranda baş vermiş dağıdıcı daşqınlar nəticəsində zərər çəkmiş insanlara kömək üçün birgə təşəbbüs irəli sürüblər.

AZƏRTAC “WAM” rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, Əmirliklərin Qızıl Aypara Cəmiyyəti bu təşəbbüsün həyata keçirilməsi üzrə fəaliyyətini səudiyyəli həmkarları ilə əlaqələndirəcək.

İki yardım təşkilatının dərc edilmiş birgə bəyanatında bildirilir ki, əməliyyat islam qardaşlığı çərçivəsində və İran xalqı ilə həmrəylik əlaməti olaraq həyata keçirilir.

Hər iki ölkənin fövqəladə yardımın göstərilməsi üzrə təşkilatları daşqından zərər çəkmiş rayonlarda onun fəsadlarının aradan qaldırılmasına töhfə vermək məqsədilə bu təşəbbüsün icra olunmasında lazımi prosedurları müzakirə ediblər.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.