Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 10.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi şəxs statusu olmayan idman klubu haqqında nümunəvi əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 19.8-ci maddəsində nəzərdə tutulmuş hərbi-tətbiqi və xidməti-tətbiqi idman növlərinin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 29.3-cü maddəsində nəzərdə tutulmuş milli yığma komandaların maddi-texniki, elmi-metodiki, tibbi-bioloji, tibbi və antidopinq təminatı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş ölkə ərazisində yayılan idman növlərinin və idman fənlərinin tanınması qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş respublika idman federasiyalarının dövlət reyestrinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş idman növlərinin dövlət reyestrinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.11. həmin Qanunun 37.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində idman adları, idman dərəcələri, məşqçilərin təsnifat kateqoriyaları və idman hakimlərinin təsnifat dərəcələrini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. həmin Qanunun 39.3-cü maddəsində nəzərdə tutulmuş respublika və beynəlxalq miqyaslı bədən tərbiyəsi və idman tədbirlərinin Vahid təqvim planına daxil edilmiş bədən tərbiyəsi tədbirlərinin və idman yarışlarının maliyyələşdirilməsi qaydalarını və bu tədbirlərin təşkili və keçirilməsinə ayrılan xərclərin normalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.13. həmin Qanunun 58.2-ci maddəsində nəzərdə tutulmuş idmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi meyarları və qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.14. həmin Qanunun 58.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş dövlət bədən tərbiyəsi-idman təşkilatlarında bədən tərbiyəsi və idman xidmətləri güzəştli şərtlərlə göstərilən bəzi kateqoriyadan olan şəxslərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.15. həmin Qanunun 58.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş dövlət bədən tərbiyəsi-idman təşkilatlarında göstərilən bədən tərbiyəsi və idman xidmətlərinə güzəştlərin siyahısını və onların həcmini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.16. öz səlahiyyətləri daxilində “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinin birinci cümləsində, 12.2-ci, 19.8-ci, 29.3-cü, 34.2-ci, 35.1-ci, 36.1-ci, 37.1-ci, 39.3-cü, 58.2-ci maddələrində, 58.4-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 1.0.16-cı maddəsində, 10.3-cü maddəsinin ikinci cümləsində, 15.3-cü, 16.6.4-cü, 28.2.3-cü, 28.3-cü, 29.2-ci, 30.1-ci, 30.2-ci, 30.4-cü, 31.1-ci, 31.4-cü, 34.1-ci, 36.2-ci, 37.2-ci, 38.1-ci, 38.2-ci, 38.3-cü, 38.4-cü, 39.2-ci, 41.1-ci, 41.2-ci, 41.3-cü, 44.3-cü, 45.3-cü, 45.4-cü, 47.1-ci, 48.3-cü, 49.1-ci, 51.5-ci, 56.2-ci və 61.5-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 4.0.24-cü maddəsində (hər iki halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;

2.4. həmin Qanunun 13.1-ci və 23.2.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirirlər;

2.5. həmin Qanunun 17.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 18.0-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.7. həmin Qanunun 19.1-ci, 19.2-ci, 19.5-ci və 19.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.8. həmin Qanunun 19.7-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

2.9. həmin Qanunun 20.3-cü, 20.5-ci, 52.4-cü və 52.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.10. həmin Qanunun 22.2-ci və 22.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirirlər;

2.11. həmin Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

2.12. həmin Qanunun 25.3-cü və 25.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi birlikdə həyata keçirirlər;

2.13. həmin Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

2.14. həmin Qanunun 38.3-cü və 39.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti həyata keçirirlər;

2.15. həmin Qanunun 40.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.16. həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.17. həmin Qanunun 52.7-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;

2.18. həmin Qanunun 52.10-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün öz səlahiyyətləri daxilində lazımi tədbirləri görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin