İDMAN
BƏDİİ GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATINDA ÇOXNÖVÇÜLÜK YARIŞLARININ QALİBLƏRİ MÜƏYYƏN EDİLMİŞLƏR
Aprelin 18-də “ABU Arena” idman kompleksində keçirilən bədii gimnastika üzrə XIII Azərbaycan çempionatında çoxnövçülük yarışlarının qalibləri müəyyən edilmişlər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 12-15 yaşlılar arasında Zeynəb Cavadlı 93,2 bal toplayaraq, birinci olmuşdur. İkinci yeri Zülfiyyə Əliyeva (87,875 bal), üçüncü yeri Leyla Şamilova (86 bal) tutmuşlar. 16 və yuxarı yaşlılar arasında qalib adına Dinara Gimatova (67,15 bal) layiq görülmüşdür. İkinci yerə Aliyə Qarayeva (66,275 bal), üçüncü yerə Anna Qurbanova (64,2 bal) çıxmışlar. Beləliklə, Dinara Gimatova 4-cü dəfə ölkə çempionu olmuşdur.
Aprelin 19-da hərəkətlərin ayrı-ayrı növlərində final yarışları keçiriləcək, habelə nümunəvi çıxışlar olacaqdır.