DÜNYA
BAEA İrana qarşı qətnamə qəbul edib
Vyana, 19 iyun, AZƏRTAC
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramının məhdudlaşdırılmasına dair mübahisədə rəsmi Tehrana qarşı təzyiqi artırıb.
AZƏRTAC xəbər verir ki, BAEA-nın İdarə Heyətinin qəbul etdiyi qətnamədə İrandakı iki nüvə mərkəzinə girişə icazə verilməsi tələb olunub. Bu barədə məlumatı beynəlxalq qurumdakı diplomatlar təsdiqləyiblər.
Qeyd edilməlidir ki, bu qətnamə 2012-ci ildən bəri İrana qarşı qəbul edilən ən sərt sənəddir. BAEA-dan verilən məlumatda iddia olunur ki, qətnamədə göstərilən hər iki nüvə mərkəzi ölkənin indiyədək məlum olan nüvə proqramında əksini tapmır. Bununla belə, beynəlxalq qurum ötən dövr ərzindəki fəaliyyət və ümumi nüvə materialları barədə məlumatların düzgün ötürülməsini də yoxlamaq istəyir.
Bu həftənin əvvəlində rəsmi Tehran belə bir qətnamənin qəbul olunmasını qeyri-məhsuldar olduğunu və buna müvafiq tədbirlərlə cavab veriləcəyini elan etmişdi. ABŞ 2015-ci ildə nüvə proqramına dair sazişi tərk etdiyinə görə, İran tərəfi həmin sazişin müddəalarına riayət etməyə məcbur olmadını bildirir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]