BAĞDADIN ƏN İRİ RAYONUNDA ATƏŞİN DAYANDIRILMASI BARƏDƏ DANIŞIQLAR DAVAM ETDİRİLƏCƏK
AzerTAg.az
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Bağdadın ən iri Mədinət Sədr rayonunda atəşin dayandırılması barədə ABŞ hərbçiləri ilə şiə radikalları arasındakı danışıqlar avqustun 30-da davam etdiriləcəkdir. Qətərin “Əl-Cəzirə” telekanalı xəbər vermişdir ki, avqustun 29-da tərəflər razılığa gələ bilməmişlər. Amerikalılar hərbləşdirilmiş “Məhdi ordusu” şiə təşkilatının yaraqlılarından silahları təhvil verməyi tələb etmişlər, lakin onlar buna cavab olaraq bildirmişlər ki, silahları verməyəcəklər, amma Mədinət Sədrin küçələrində silahla görünməməyə hazırdırlar.
Bundan əvvəl xəbər verilmişdi ki, avqustun 29-da İraq hökuməti nümayəndəsinin iştirakı ilə keçirilən danışıqlarda atəşin dayandırılması barədə razılıq əldə edilmişdir. Lakin “Məhdi ordusu”nun rəhbərləri bildirirlər ki, onların tərk-silah olunmaq tələbi danışıqları çətinə salmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var